Məşhur meyxanaçıya 70 min manatlıq avtomobil nömrəsi hədiyyə edildi - VİDEO

Meyxanaçı Aqşin Fateh bahalı hədiyyələri ilə gündəmə gəlib.

Metbuat.az "baku.ws"ə istinadən xəbər verir ki, "Şourum" maqazin verilişinin komandası sənətçinin yeni açılan məkanında olub.

Bu zaman Aqşinə bahalı hədiyyə gətirilib. Meyxanaçı şokaladdan hazırlanan hədiyənin xanım dostu tərəfindən göndərildiyini bildirib. Aqşin bahalı və böyük hədiyyənin qiymətinin 6500 AZN olduğunu bildirib.

Bununla yanaşı Fateh ona bağışlanan ən bahalı hədiyyəsindən də söz açıb. Meyxanaçı ona 70 000 AZN dəyərində bahalı avtomobil nömrəsi hədiyyə olunduğunu və bunu yaxın zamanlarda təqdim edəcəyini açıqlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR