Finlandiya və İsveç Türkiyənin tələbini qəbul etdi

Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb. 2 saat davam edən görüşdə sənədə üç ölkənin xarici işlər nazirləri imza atıb.

Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

Metbuat.az xəbər verir ki, bu barədə Madriddə üç ölkə arasında imzalanan memorandumda qeyd olunub.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumdan məmnunluğunu ifadə edib.

O, bildirib ki, NATO ölkələrinin liderləri sabah İsveç və Finlandiyanı Alyansa üzvlüyü barədə qərar verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR