Ərdoğan imzaladı, Putin "geri" addım atdı:

“Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur. İki ölkənin NATO-ya üzvü olması Rusiyanı narahat etmir”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O Türkiyə-İsveç- Finlandiya arasında imzalanmış sənəd barədə belə deyib:

“Nə torpaq problemimiz var, nə də fikir ayrılığımız. Finlandiya və İsveçin NATO-ya üzv olmasına görə narahat deyilik. Əvvəllər onlar üçün təhdid yox idi. Lakin NATO oraya hərbi qüvvələrini yerləşdirərsə, cavab vermək və onların torpaqları üçün oxşar təhdid yaratmaq məcburiyyətində qalacağıq. Ukrayna tamamilə fərqlidir. Finlandiya və İsveç Ukraynaya bənzəmir”.

Qeyd edək ki, Türkiyə-İsveç- Finlandiya arasında imzalanmış sənəd nəticəsində Ankara bu ölkələrin NATO-ya qoşulması üçün veto haqqını geri çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR