Şahruddindən kobud səhv: Qolu rəqibə hədiyyə etdi -

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu son yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq matçı zamanı Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşıb.

36-cı dəqiqədə qapıçı Şahruddin Məmmədəliyevin kobud səhvindən yararlanan rəqib futbolçu Andrey İvan hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Şahruddinin bu səhvi sosial mediadakı xarici futbol səhifələrində də paylaşılıb.

Həmin anın görüntülərini təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR