Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinə iyulun 3-də saat 2 radələrində şəhər sakini A.Qurbanova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar.

Polis əməkdaşları tərəfindən onların şəhər sakini S.Abdullayevanın “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən olunub.

Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR