Ronaldo son qərarını verdi - "Mançester Yunayted"i tərk edəcək

Portuqaliya millisinin və İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldo komandanı tərk etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb. O bildirib ki, ulduz futbolçu məşhur klublardan təklif aldığı təqdirdə "qırmızı şeytanlar"ı tərk edəcək.

Klub Ronaldonun bu qərarını qəbul edib, lakin müqavilə bitənədək Kriştianunu satmayacaqlarını bildiriblər.

Məşhur futbolçunun gələn il hansı klubda oynayacağı ilə bağlı hələ ki heç bir məlumat yoxdur.

Qeyd edək ki, 37 yaşlı hücumçunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR