Məşhur şirkətin CEO-sundan gözlənilməz istefa:

67,9 milyard dollarlıq məşhur "Jupiter Fund Management"in CEO-su Andrev Formica vəzifəsindən istefa verib.

Metbuat.az xəbər verir ki, zəngin iş adamının gələcəklə bağlı planları hər kəsi təəccübləndirib. O bildirib ki, bundan sonra həyatına sahildə oturaraq, heç bir şey etməyərək davam edəcək.

3 il öncə şirkətə qoşulan 51 yaşlı Formica Avstraliyaya köçərək valideynlərinə daha yaxın olmaq istədiyini bildirib.

Andrev Formicanın yerinə isə şirkətin baş investisiya direktoru Metyu Bisli keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR