Müğənni Rəqsanə İsmayılovanın müğənni qızı Aysunun toyunun əks-sədası bitmək bilmir.
Metbuat.az xəbər verir ki, məclis bu dəfə də dəvət olunan müğənnilərin toya yazdırdığı pulla müzakirələrə səbəb olub. "Şourum" komandası sənətçinin məclisində şou nümayəndələrindən yazdıracaqları nəməri soruşub:
Müğənni Zemfira İbrahimova ilə həmkarı Şəbnəm Tovuzlu toya 500 AZN, Şəbnəm Qəhrəmanova 200 AZN pul yazdıracağını deyib. Şairə Nazilə Səfərli çıxışını toylarına salacaq pulla "barter" elədiyini bildirib.