Meymunçiçəyi daha bir ölkəyə YAYILDI

Sinqapurda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sinqapurun SəModernhiyyə Nazirliyi məlumat yayıb.

Virusun aşkarlandığı şəxs Sinqapurda yaşayan 45 yaşlı Malayziya vətəndaşıdır. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir, vəziyyəti stabildir. Həkimlər yoluxmuş şəxslə yaxın təmasda olan üç nəfəri müəyyən ediblər, onların hamısı 21 gün karantinə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, bu günə qədər dünyada 6 min nəfərdə meymunçiçəyi virusuna yoluxma aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR