Pakistanda fəlakət: Onlarla ölü var -

Pakistanda aramsız yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Metbuat.az xəbər verir ki, su anbarlarında suyun səviyyəsinin artması nəticəsində qapaqlar partlayıb. Məlumata görə, 7 su anbarında qapaqlar partlayıb. Təbii fəlakətdən daha çox Bəlucistan, Pəncab və digər vilayətlər ziyan çəkib.

Bildirilir ki, aramsız yağışlar nəticəsində Əfqanıstanla sərhəddə yerləşən kəndləri su basıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR