Daha 46 "Starlink" peyki kosmosa göndərildi

“SpaceX” şirkəti “Starlink” mikropeyklərinin növbəti qrupu ilə yüklü “Falcon 9” daşıyıcı raketi kosmosa göndərib.

Metbuat.az xəbər verir ki, buraxılış Vandenberq Hərbi Hava Qüvvələri bazasından (ABŞ, Kaliforniya ştatı) həyata keçirilib. Daha 46 mikropeyk Yer orbitinə buraxılacaq.

Qeyd edək ki, “Starlink” şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. Şirkət əmin edir ki, 5G standartına uyğun gələn 1 Qbit/s sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən “SpaceX” 2 500-dən çox “Starlink” peykini orbitə çıxarıb.

Həmçinin oxuya bilərsiniz: İlon Maskın “Starlink” layihəsi - Azərbaycanda bu layihə gerçəkləşə bilərmi?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR