Ərdoğanın iki ölkəyə səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ayın sonunda həyata keçirilməsi planlaşdırılan Cənubi Amerika ölkələrinə səfəri təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, səfər ləğv edilməyib. Növbəti vaxta təxirə salınıb. Səfərin hansı səbəbdən təxirə salındığı məlum deyil. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Cənubi Amerikaya səfəri çərçivəsində Meksika və Venesuelaya gedəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR