"Elgizlə izlə" proqramında ekspert kimi əyləşən vəkil Şəfiqə Nağıyeva ilə yardım üçün gələn Ayşə adlı qadın arasında dava düşüb.

Metbuat.az xəbər verir ki, özünü müğənni kimi təqdim edən Ayşə bir vaxtlar imkanlı olduğunu, bir çox sənət adamına yardım etdiyini deyib.Sonradan müflis olduğuna görə, həmin yardım etdiyi müğənnilərdən ona kömək etmələrini istəyir.

Onun bu sözlərinə vəkil etiraz edib. "İnsanların sənə borcu var? İnsanları belə ələbaxan öyrətmək olmaz. Bu verilişdə xəstə uşaqlara yardım edilir. Get işlə və pul qazan" deyən, vəkilə qarşı tərəf etiraz edib.

"Halım yoxdur, danışa bilmirəm. Nə istəyirsən məndən? Bir insana əl tutmursan. Səndən yardım istədim? Milyonçu həyatı yaşayırsan. Əl çək camaatdan", - deyə Ayşə cavab verib.