Şri-Lankada yeni prezident

Şri-Lanka parlamenti baş nazir Ranil Vikeremesinqeni ölkənin yeni prezidenti seçiblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni prezident aylarla davam edən kütləvi etirazlardan sonra ölkəni iqtisadi çöküşdən çıxarmaq və ictimai asayişi bərpa etmək vəzifəsi qarşısındadır.

Qeyd edək ki, Şri-Lankanın keçmiş prezidenti Qotabaya Rajapaksa ötən həftə ölkədən qaçıb. Minlərlə etirazçı onun istefasını tələb edən prezident iqamətgahlarına və digər hökumət binalarına basqın etdikdən sonra o, Maldiv adalarına, daha sonra Sinqapura gedib.

Etirazçılar, həmçinin may ayında baş nazir təyin edilmiş Vikremesinqenin istefasını tələb edirdilər. Etirazçılar onun şəxsi evini yandırıblar, həmçinin onun rəhbərliyinə qarşı nümayişlərdə Kolomboda baş nazirlik ofisinə basqın ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR