Bağçaya qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Son üç gün ərzində məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) üzərindən 14 417 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 12 322 uşaq isə valideynlər tərəfindən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılıb.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə iyulun 18-dən etibarən start verilib.

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci il tarixindən etibarən başlanılır. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR