Azərbaycanlı aktrisa Bella Hadidə oxşamaq üçün əməliyyat olundu -

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyat etdirib.

Metbuat.az "Olay"a istinadən xəbər verir ki, bu barədə o, "İnstagram" hesabında məlumat verib. Əməliyyat üç ay əvvəl baş tutub və Xəlilbəyli gözlərinin məşhur model Bella Hadidinki kimi olmağı üçün bıçaq altına yatıb.

“Nəhayət açıqlama zamanı gəldi. Bu qədər gözləməyimin səbəbi isə üzümdəki şişkinliyin çoxluğu ilə əlaqədar idi. Təbii ki, hər kəsin orqanizmi eyni deyil. Mən ödemə meyilli olduğum üçün bədənim bu prosesi çətinliklə atlatdı. Gördüyünüz isə tam nəticə deyil.Bunun üçün ən az 6 ay gözləməliyəm. Seçimimdən isə razıyam”, -deyə Ülviyyə bildirib.

Ona endoskopik qaş qaldırma, midfacelift, “Bella Eyes” prosedurları tətbiq edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR