Rusiya 5 ölkəni "dost olmayan" dövlətlər siyahısına daxil etdi

Daha 5 dövlət Rusiyaya dost olmayan dövlətlər siyahısına daxil edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, siyahıya Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya əlavə edilib. Buna səbəb həmin dövlətlərin Rusiyaya və xaricdəki rusiyalı diplomatlara qarşı qeyri-dost addımlar atması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR