Fuat Oktay 58 yaşında evləndi

Türkiyənin vitse-prezidenti Fuat Oktay evlənib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Mədəniyyət və İncəsənət Siyasəti İdarəsinin üzvü və prezidentin müşaviri Hümeyra Şahin ilə ailə qurub.

Nikaha Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan şahidlik edib.

Qeyd edək ki, 58 yaşlı Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR