2022-ci ilin iyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib.
Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininmətbuat xidmətindən verilən xəbərə görə, iyun ayında dövlət tibb müəssisələrinə 813 942 şəxs 1 479 929 dəfə müraciət edib.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 453 419 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 29 %-ni uşaqlar, 71 %-ni isə böyüklər təşkil edib.
Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin sistemin xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.