Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni nəşrlər daxil olub.

Metbuat.az-a Kitabxananın mətbuat xidmətindən verilən xəbərə görə, müxtəlif mövzuları əhatə edən nəşrlər sırasında “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” (Aygün Eyvazlı), “Postdramatik teatr” (Hans-Tis Leman), “Farmakologiya” (reseptura ilə birlikdə) (Elsevər Ağayev, İbrahim Rəhimov), “Gülxani Pənahın poeziyası” (Aygün Sultanlı), “Yaz yağışı” (Aygün Sultanlı), “Həyat elmləri və biotibb jurnalı” (Journal of life sciences and biomedicine) və s. kitablar yer alır.

Qeyd edək ki, MEK-ə daxil olan həmin nəşrlərdə Azərbaycanın sosiomədəni həyatında gender bərabərliyindən, onun tarixindən, 1970-1990-cı illər arasında fəaliyyət göstərmiş qabaqcıl teatr truppalarının və rejissorların yaradıcılığından, farmakokinetika və farmakodinamikanın ümumi qanunauyğunluqları, farmakoterapiyanın növlərindən, şair, ədəbiyyatşünas, publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülxani Pənahın poeziyasından və s. bəhs olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR