“Liderlik missiyası” kitabı çap olundu

Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent, jurnalistlər birliyinin üzvü Arzu Abdullayevin Ümummilli Liderin 100 illik yubileyinə həsr etdiyi “Liderlik missiyası” kitabı çap olunub.

Metbuat.az-ın məlumatına görə, kitab Azərbaycan xalqının qüdrətli oğluna həssas yazıçı və vətəndaş mövqeyindən münasibətin, həyatını millətə həsr etmiş bir dahi siyasi xadimə minnətdarlıq duyğularının ifadəsi kimi gerçəkləşib. Müəllifhəm tarixçi həm də jurnalist kimi görkəmli siyasi xadimin fəaliyyətinin ayrı-ayrı məqamlarını canlandırıb. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Liderlik missiyası” adlı kitabda 14 ildəölkənin 30-dan çox mətbu orqanlarında, informasiya vasitələrində, jurnallarda Ümummilli Lider haqqında çap olunmuş məqalələr yer alıb.

Nəfis tərtibatla çap olunan kitabda ön sözün müəllifi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-Aparatın rəhbəri Anar İbrahimov, Elmi redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevdir. Kitabın rəyçiləri Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, dosent Elmar Qasımov və Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Anar İsgəndərovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR