"Barselona"ya görə BÖYÜK MƏBLƏĞİ rədd etdi:

“Sevilya”nın müdafiəçisi Jyol Kunde “Barselona”ya transfer ola bilmək üçün “Çelsi”nin təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, “Çelsi” ispan klubuna 65 milyon avro, futbolçunun özünə isə 12 milyon avro təklif edib. Lakin müdafiəçi təklifi rədd edib. “Barselona”nın Kundeyə təklif etdiyi məvacib isə “Çelsi”nin təklifindən iki dəfə azdır.

Bildirilir ki, futbolçu “Barselona”nın maliyyə vəziyyətini nəzərə alaraq, Kataloniyay getməyə tələsmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR