"Zəifləri hədəfə alırsan, hünərin çatır güclü ölkəyə hücum et" -

“Kreml adminstrasiyası güclüləri hədəfə almır. Zəif hesab etdiklərinə hücum edirlər”.

Metbuat.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariusz Blaşçak belə açıqlama verib. O bildirib ki, Polşa Rusiya və Belarusu potensial düşmən hesab edir. Nazirin sözlərinə görə, Polşa ordusu düşməni qorxudub geri çəkindirəcək qədər güclü olmalıdır. Nazir hesab edir ki, quru qüvvələrinin gücünə görə Avropada Polşa ordusundan güclüsü yoxdur.

Müdafiə naziri bəyan edib ki, Polşanın hədəfi NATO-da ən güclü orduya sahib olmaqdır. Bu məqsədlə Polşa ordusu yeni silahlar alacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR