"iPhone" istifadəçiləri bu proqram yeniləməsindən NARAZIDIR -

"iPhone" istifadəçiləri "Apple"ın yeni proqram yeniləməsindən narazıdır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Apple" keçən həftə "iPhone" üçün iOS 15.6 proqram yeniləməsini təqdim edib.

İstifadəçilər isə yeni proqram yeniləməsinin telefonun batareya ömrünü çox azaltdığını, batareyanın bir saatda 100%-dən 9%-ə düşdüyünü deyib.

"iAppleBytes"in tədqiqatçıları həmçinin yeni proqram yeniləməsini sınaqdan keçiriblər və həqiqətən proqram təminatının "iPhone" modellərinin böyük hissəsində batareyanın ömrünü pisləşdirdiyini aşkar ediblər.

Lakin, batareya problemlərinin qalıcı olma ehtimalının az olduğu bildirilib. İstifadəçilərə "iPhone" batareyasından narahat olduqları halda batareyanın sağlamlığını yoxlamaq məsləhət görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR