"Qarabağ" Sürixi keçdi: 9-cu dəfə avrokubokların qrupunda oynayacaq

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə “Sürix” komandasının qonağı olub. “Letsiqrund” stadionunda oynanılan görüş 2:1 hesabı ilə İsveçrə çempionunun xeyrinə başa çatıb. Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Qarabağ"ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib - 2:2.

Beləliklə, iki oyunun nəticəsinə görə, "Qarabağ" növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələrək qrupda yerini təmin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR