Qadın meşədə odun yığarkən parıltı gördü: Nə olduğunu biləndə heyrətə gəldi -

Hindistanın Madhya-Pradeş ştatında maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, qadın meşədə odun yığarkən torpaqda parıltı müşahidə edib. Yerli sakin onun bahalı metal olduğunu güman edərək, evə gətirib. Qadın məsələ barədə həyat yoldaşına məlumat verib. Ər-arvad yerli zərgərə müraciət ediblər. Məlum olub ki, qadının tapdığı çəkisi 4 karat olan almazdır.

Almazın dəyəri 25 min dollardır. Bildirilir ki, qadın meşədən topladığı odunu sataraq evini təmir etmək istəyirmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR