Asiyanı silkələyən qadın:

ABŞ-ın Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Sinqapurdan Malaziyaya səfər edib.

Metbuat.az xəbər verir ki, CNN televiziyası onun Malaziyadan Tayvana səfər edəcəyi barədə məlumat yaymışdı.

İddialara görə, Pelosinin bir gün Tayvanda qalmaq istədiyi irəli sürülür.

Qeyd edək ki, amerikalı nümayəndənin Tayvana səfər edəcəyi barədə xəbərlərin yayılmasından sonra Çinə məxsus 4 J-16 qırıcısı Tayvana məxsus əraziyə girib.

Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə hərbi müdaxilə də daxil olmaqla cavab verəcəklərini açıqlayıb.

Çin Tayvanla sərhədə yaxın ərazilərə hava hücumundan müdafiə sistemləri yerləşdirib. ABŞ isə təyyarədaşıyan gəmini Cənubi Çin dənizinə göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR