Çindən son xəbərdarlıq: Ordu hazır vəziyyətə gətirilib

ABŞ-da bəzi dairələr Prezident Co Baydenə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin mümkün Tayvan səfəri ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir, səfərin doğru qərar olmadığı bildirilib. Bayden isə bəyan edib ki, onun səfərə qadağa qoymaq hüququ yoxdur. Pelosi qərarı özü verir. Çinin BMT-dəki daimi nümayəndəsi Zhanq Jun isə qeyd edib ki, Pelosinin səfəri Çinin suverenliyinə zərər verəcək.

CNN televiziyasının məlumatına görə, nə ABŞ nə də Çin Pelosinin səfərinin birbaşa hərbi toqquşmaya səbəb olmasını istəyir.

Qeyd edək ki, Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə hərbi müdaxilə də daxil olmaqla cavab verəcəklərini açıqlayıb.

Çin Tayvanla sərhədə yaxın ərazilərə hava hücumundan müdafiə sistemləri yerləşdirib. ABŞ isə təyyarədaşıyan gəmini Cənubi Çin dənizinə göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR