ANAMA Füzulidə minaya düşən şirkət əməkdaşlarının son durumunu

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunda minaya düşən şirkət əməkdaşlarının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, avqustun 2-də yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Q.Hüseynov rayon xəstəxanasına yerləşdirilib, sağ ayağı baldır nahiyəsindən travmatik amputasiya olunub.

Hazırda vəziyyəti stabildir.

Baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəstəxanada zəruri tibbi müayinələrdən keçirilib. Hər ikisinin vəziyyətləri stabil olaraq dəyərləndirilir, həkim nəzarəti altındadırlar.

"ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır", - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR