3 ölkənin ordusu üz-üzə dayandı:

ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tyavana mümkün səfəri ilə bağlı Tayvan ordusu müdafiə tədbirlərini artırıb.

Metbuat.az xəbər verir ki, ordu Çin hərbçilərinin regiondakı təlimlərinə cavab olaraq bəzi tədbirlər görüb. Tayvan polisi də Nensi Pelosini qorumaq üçün ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.

Qeyd edək ki, Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə hərbi müdaxilə də daxil olmaqla cavab verəcəklərini açıqlayıb. Çin Tayvanla sərhədə yaxın ərazilərə hava hücumundan müdafiə sistemləri yerləşdirib. ABŞ isə təyyarədaşıyan gəmini Cənubi Çin dənizinə göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR