Pelosinin olduğu hərbi təyyarə Tayvana uçur:

Göyərtəsində ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin olduğu güman edilən hərbi təyyarə Malaziyadan Tayvan istiqamətində uçmağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb. Bildirilir ki, amerikalı nümayəndə heyəti üçün Taybeydəki oteldə 48 nömrə bron edib.

Qeyd edək ki, Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə hərbi müdaxilə də daxil olmaqla cavab verəcəklərini açıqlayıb. Çin Tayvanla sərhədə yaxın ərazilərə hava hücumundan müdafiə sistemləri yerləşdirib. ABŞ isə təyyarədaşıyan gəmini Cənubi Çin dənizinə göndərib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR