Bu gün şəhid olan Anar 4 ayın əsgəri olub -

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Metbuat.az xəbər verir ki, əslən Şəmkirdən olan Kazımov Anar 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, aprel ayın xidmətə yollanıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR