Çindən mesaj: Odla oynayan özünü yandırar

ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı Çindən etiraz bəyanatlarının verilməsi davam edir.

Metbuat.az xəbər verir ki, Çin ordunun Tayvan sahillərində uzun mənzilli döyüş mərmiləri ilə təlimlər keçəcəyini açıqlayıb. Təlimlərə görə Tayvan sahilləri gəmilər üçün bağlanacaq. Çinin Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Pelosinin səfəri regionda sülhü pozub. “Bu davranış odla oynamaq kimidir. Son dərəcə təhlükəlidir. Odla oynayan özünü yandırar” - açıqlamada deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR