Rəqqasə Fatimənin səhhətində problem yarandı -

Rəqqasə Fatimə Fətəliyevanın səhhətində problem yaranıb.

Metbuat.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, rəqqasə bu gün Türkiyənin İstanbul şəhərində əməliyyat olunacaq.

Rəqqasə səhhətində yaranan bu problemə görə Azərbaycan həkimlərini ittiham edib:

"Hamı narahatdır, mənə bununla bağlı mesajlar yazırlar. Ciddi bir şey yoxdur, amma vaxtında gəlməsəydim, problem yaranacaqdı. Bizim savadsız həkimlərin ucbatından belə bir problem yaranıb. Estetik əməliyyat deyil, problem tam başqadır. Təəsüflər olsun ki, hələ də Bakıda savadsız həkimlər çalışır”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR