ABŞ və İndoneziya orduları Sumatra adasında hərbi təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, təlimlərdə Avstraliya, Yaponiya və Sinqapur orduları da iştirak edir. Bildirilir ki, ABŞ və İndoneziya ordularının təlimlərinə digər ölkələrin cəlb edilməsi bir ilkdir. Həmçinin bu təlimlər 2009-cu ildən sonra regionda keçirilən ən böyük məşqlərdir. Məlumata görə, ABŞ bu həmləsi ilə Çinin Tayvan ətrafındakı təlimlərinə cavab verib.

Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ və Çin arasında gərginlik artıb.