Çin qırıcıları Tayvana girdi:

Çinə məxsus 27 qırıcı Tayvan ərazisinə daxil olub.

Metbuat.az xəbər verir ki, qırıcılar Tayvanın hava məkanında manevrlər edib. Tayvan ordusu qarşı tərəfə ölkə ərazisini tərk etmək barədə çağırış edib. Ötən gün isə Çinə məxsus 21 təyyarənin Tayvanın hava məkanını pozduğu bildirilib.

Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginlik yaradıb. Çin Tayvan ətrafında təlimlərə başlayıb. Təlimlər ərazisi elə seçilib ki, Tayvan mühasirəyə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR