Çinə qarşı cəbhə genişlənir:

G7 ölkələri Tayvan ətrafındakı vəziyyətlə bağlı çağırış edib.

Metbuat.az xəbər verir ki, çağırışda regionda sülhün və sabitliyin qorunmasının vacibliyi qeyd edilib. G7 ölkələri Çinin hərbi təlimlərinə qarşı çıxıb. Açıqlmada Çinin gərginliyi artıran hərbi təlimlərindən və iqtisadi təzyiqindən narahatlıq ifadə edilib. Bildirilib ki, gərginlik sülh yolu ilə həllini tapmalıdır.

Açıqlamaya görə, Çinin ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərini bəhanə edərək Tayvana təzyiq etməsinin əsası yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR