“Azəriqaz”ın fəaliyyəti haqqında sorğu keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmətləri, eləcə də Çağrı mərkəzinin və Qəza xidmətinin əməkdaşları barədə abonentlər arasında sorğu aparan “QBS Consulting” MMC son olaraq qurumun ümumi fəaliyyəti, yenilikləri, elan və bildirişləri necə əldə etmələri ilə bağlı sorğu keçirib.

Bu barədə Metbuat.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, respondentlərin ümumi düşüncələrinin öyrənildiyi sorğuda rəyi soruşulanların 66 %-i ümumilikdə İstehsalat Birliyinin fəaliyyətini yaxşı qiymətləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR