Məşhur aktrisa qadınları qınadı:

Aparıcı - aktrisa Zemfira Adıgözəlova Məhərrəmlik ayı ilə əlaqədar məscidə uşaqlarını da aparan xanımları tənqid edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib:

"Məscidə gedən xanımlara, gəlinlərə baxıram. Fikirləşirəm ki, körpə uşaqları yanlarına alıb "şaxsey" deyib sinə vurmaqdansa, evdə halva bişirib kasıb qapılarına ehsan paylamaq Allaha daha xoş gedərdi. Xəstəlik yayılan vaxtı uşaqları özünüzlə aparmağa nə məcburdu?".

O həmçinin ölkədə dini məktəblərin sayının artırılmasının tərəfdarıdır:

"Rəylər baxdıqca qarşıma çıxır. Ölkəmizdə nə qədər cahil, savadsız, insanlar varmış. Kaş universitetlərlə yanaşı dini məktəblər bir az artardı. Din deyib, amma dindən anlayışı olmayan bir az o dinin tarixini, gözəlliyini bilərdi, gələcək nəsillərə savadlı ötürərdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR