Azərbaycanda başörtüsü ilə bağlı vahid qadağa yoxdur. Bu qədər aydındır.
Metbuat.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Ardan Zentürk Azərbaycanla Türkiyə arasında son günlər başörtüsü məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirib.
Zentürk Sumqayıtda məktəblərdən birində başörtülü şagirdlərlə bağlı baş vermiş hadisənin Türkiyə mediasında ümumiləşdirilərək təqdim edildiyini bildirib:
“Azərbaycanda məktəblərdə vahid məktəbli forması tətbiq olunub. Bununla bağlı baş nazir Əli Əsədovun imzası ilə verilən qərarda başörtüsü və ya hicab ifadəsi belə yoxdur. Sumqayıtdakı 6 nömrəli tam orta məktəbdə başörtülü qız şagirdlərin məktəbə buraxılmamasından sonra valideynlərin reaksiyası olub və ertəsi gün həmin məktəbdə başörtüsü ilə girişə icazə verilib. Ölkə miqyasında başörtüsü ilə bağlı vahid qadağa yoxdur. Bu qədər aydındır”.