Təkcə bu il 300-dən çox şəxs yol qəzalarının qurbanı olub -

2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.

Qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olub. Onlardan 336-sı həlak olub, 773-ü isə yaralanıb. Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı baş vermiş, 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, , bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 235 nəfər, yaralananların sayı isə 7,9 faiz artaraq 696 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 40,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,2 faizini, yaralananların isə 71,0 faizini kişilər təşkil edib.

Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır. Hadisələrin 3-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR