"Qarabağ"ın reytinqində yüksək nəticə: Gəliri və futbolçuların qiyməti artdı

Məşhur transfer saytı olan "Transfermarket" "Qarabağ" klubunun və futbolçularının dəyərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, göstəricilərə görə, hazırda klubun dəyəri 14,08 milyon avrodur.

Klubun aktiv oyunçularından olan Kadi Borgesin transfer dəyəri 1,2 milyon avroya çatıb. Həmçinin Abdulla Zubirin də qiyməti 1 milyon avrodur. 3-cü yerdə isə Qara Qarayev dayanır. Onun qiyməti isə 900 min avro olaraq göstərilib.

Klubun özünün gəlirlərinə gəlincə, artıq pley-offda mübarizə aparan "köhlən atlar" Çexiya "Viktoriya"sını üstələyərək qrup mərhələsinə adlayacaqsa, 15 640 000 avro (27 milyon manatdan çox) vəsait əldə edəcək.

Ağdamlılar pley-offda uduzacağı təqdirdə isə 5 000 000 avro qazanacaq ki, bu da təxminən 8,7 milyon manat deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR