Rafael İsgəndərovun kürəkəni ilə qızının

Əməkdar artist Rafael İsgəndərovun nəvəsi Zəhranın 4 yaşı tamam olub.

Metbuat.az xəbər verir ki, aktyorun qızı Gülarə İsgəndərova bu haqda sosial şəbəkədə bildirib. O, həyat yoldaşı Ələsgər bəyin və qızının yeni fotolarını paylaşıb.

"Canım qızım, bu gün sənin günündür. Səni verən Allaha şükürlər olsun. Həmişə fəxrimiz olasan. Böyük qız olasan", - deyə o paylaşımda qeyd edib.

Qeyd edək ki, Rafael İsgəndərovun iki övladı var. Onun qızı Gülarə İsgəndərova evlidir. Oğlu Fuad isə subaydır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR