Zaqatalada orta məktəb ilanların yuvasına çevrilib -

Xəbər verdiyimiz kimi, Zaqatala rayonunun Kəpənəkçi kəndi, şəhid Sərdar Kərimov adına tam orta məktəbdə dağılmış vəziyyətdədir.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə görünür ki, məktəbin divarları dağılmış vəziyyətdədir. Təhsil ocağındakı bu vəziyyət sosial şəbəkələrdə də narazılıqla qarşılandı.

Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bu məsələyə növbəti illərin Dövlət İnvestisiya Proqramında baxılacaq.


14:31

Zaqatala rayonunun Kəpənəkçi kəndi, şəhid Sərdar Kərimov adına tam orta məktəbdə dağılmış vəziyyətdədir.

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Jalə Həsənli paylaşım edib.

O bildirib ki, kənddə bir məktəb var, həmin təhsil olcağı da ilanların yuvasına çevrilib:

"Əldə etdiyim məlumata əsasən, məktəbdə 166 şagird təhsil alır. Daha doğrusu, ala bilmir. İsti havalarda ilanın qorxusundan, qışda isə qar-çovğunun əlindən uşaqlar dərsə gedə bilmirlər. Sinif otaqlarının döşəməsi, videodan da gördüyünüz kimi, çökmək üzrədir. Yerli sakinlərin sözlərinə görə, isti havalarda dəhlizdəki böyük çatlardan və idman zalındakı torpaq döşəmədən ilanlar çıxır. Dəhlizdə və bəzi sinif otaqlarında pəncərələr yoxdur. Yağan yağış da, qar da məktəbin içinə yağır. Məktəbin əsaslı təmir olunması ilə bağlı dəfələrlə müraciət edilsə də “Baxılacaq!” deyib, günü günə satıblar. Kənddə cəmi bir məktəb var", - aparıcı qeyd edib.

Gülər Seymurqızı

Məktəbin görüntülərini sizə təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR