Ukrayna taxılını almaqdan imtina etdilər

Livandakı alıcı Ukrayna limanından gələn taxılı qəbul etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, alıcı məhsulu almaqdan imtina etməsinə səbəb kimi yükün 5 ay gec gəlməsini göstərib. Məlumata görə, bununla belə Odessadan çıxan gəmi nəzərdə tutulan marşrut üzrə üzür. Livanda başqa alıcı tapılmasa gəmi yeni alıcının olduğu ünvana üzəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR