Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib.

Metbuat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə səhər 08:50 radələrində baş verib.

1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan eməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, avtomobildə olan 4 nəfər elə oradaca vəfat edib. Onların dördü də 50-56 yaş arası qadınlardır.

Gülər Seymurqızı