Bakı, 1 iyun, AZƏRTAC
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi may ayında bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə lisenziya verib.
Lisenziya alanlar arasında fiziki şəxslər Akif Surxayev, Göyərçin Məmmədova, Baba Abidov, Murad Osmanov, həmçinin “Premier Expo Hotel”, “Göy qurşağı”, “Olimpik İdman və İstirahət Kompleksi” məhdud məsuliyyətli cəmiyyətlər var.
Bununla da lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb.