Vüsalə Əlizadə ölən qardaşından yazdı -

Aparıcı Vüsalə Əlizadə faciəli şəkildə həlak olan qardaşı Əlihüseyn Əlizadənin ölüm ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:

"15.08.2021. Tam dibə batdığım, param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün! Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il… Hər səhər "sən varsan, məni görürsən, eşidirsən" deyib, göz yaşımı gizli, zərifliyimi güclü, sıxıntılarımı gülüşümün altındakı qəhərə sığdırdığım bir il yaşadım. Sənə söz verdiyim hər şeyi etdim. Bacardım yenə, öhdəsindən gəldim. Bir ananın gözdağı balası, beş bacının can yarısı qardaşı, bir körpənin doymadığı atası, bir sevginin yarısı…"

Qeyd edək ki, Ə.Əlizadə ötən ilin avqustun 15-də qəzada həyatını itirib. Belə ki, onun idarə etdiyi avtomobil Astara-Şahağacı yolunda idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Vüsalə Əlizadənin 1989-cu il təvəllüdlü qardaşı Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR