Məktəbli formaları artıq satışdadır -

Məktəbi formalarının satışı başlayıb.

Metbuat.az xəbər verir ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov saytımıza bildirdi ki, qiymətlər artıq təsdiqlənib:

"Satış artıq başlayıb. Qiymətlər də təsdiqlənib. Həm oğlan, həm də qızlar üçün olan pololar rəngindən asılı olmayaraq uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar, ətəklər isə 25 manatdır".

Etibar Əzimov bildirib ki, geyimlər hələlik Bakı Tikiş Evinin satış mərkəzindədir:

"Bildirmək istəyirəm ki, bir neçə gün sonra artıq biz "Bravo" marketlər şəbəkəsində da satışlar həyata keçiriləcək. Bu marketlər şəhərdə çox yerdə var. Ona görə də onlar məktəbli formalarının satışında bizə kömək olacaqlar".

Qeyd edək ki, bu il geyimlər tünd-göy və boz rəngdə olacaq.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR