"Təndirlərdə çörək bişirib evdə kişi saxlayırsınız. Ayıb olsun elə kişilərə ki, arvad, qaynana, ata hesabına yaşayır".

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, işləməyən, qadın əlinə baxıb kişiləri sərt tənqid edib:

"Gedib canı çıxsın fəhləlik etsin, daş daşısın, ailəsini saxlasın. Mənim həyat yoldaşımla davam həmişə bunun üstündə olub. O deyir ki, mən qazanıram, gəl, otur Türkiyədə. İşləməsəm, evimə çörək gətirənim var. Amma mən fikirləşirəm ki, nəyə görə, kimsə mənə çörək verməlidir. Həyatdan heç kim sığortalanmayıb. Sabah bir şey baş verərkən balalarımı qucağıma alıb, özümə, övladlarıma baxmalıyam. Hələ kişi olsam, heç yatmazdım. Qaynanalar, qaynatalar qız ərə verir, əslində, elə bəzilərinin qızını alırlar".